Bakı. 18 noyabr. REPORT.AZ/Dünya üzrə şahmat tacı uğurunda mübarizədə Rusiya idmançısı Sergey Karyakinlə Norveç şahmatçısı Maqnus Karlsen 5-ci turda da heç-heçə oynayıblar.
"Report" TASSa istinadən xəbər verir ki, qarşılaşma Nyu-Yorkda keçirilir.
İnformasiyaya əsasən, 5 turda sonra hesab 2,5:2,5 –dir.
Noyabrın 18-də 6-cı turun qarşılaşması olacaq. Karyakin ağ fiqurlarla oynayacaq.
Xəbərdə bildirilib ki, qarşılaşma 12 partiyadan ibarətdir.