Firminonu "Football Manager" simulyatorundan tapıb üzə çıxarıblar

Firminonu "Football Manager" simulyatorundan tapıb üzə çıxarıblar
07:22 18 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

"Hoffenheim" klubunun idman direktoru Lutz Pfannenştil ötən yay 30 milyon funta "Liverpool"a satdıqları Roberto Firminonu məşhur kompüter oyunundan tapdığını etiraf edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, almaniyalı funksioner uğurlu skaut əməliyyatı həyata keçirdiklərini qeyd edib.

- Lutz, deyirsiz ki, həmkarlarınızla birlikdə Firminonu "Football Manager" simulyatorundan tapıb 3.5 milyon funt qarşılığında transfer etmisiz.

- Tamamilə doğrudur. Braziliyanın ikinci liqasından adətən 17-18 yaşlı futbolçu seçib transfer edirsən. İnsanlar düşünür ki, bu gənc dərhal əsas komandaya düşməlidir. Çünki ona görə pul ödəmisən. Biz Firminonu, bonuslar da daxil olmaqla 42 milyon avroya satdıq. Buna görə hər şeyi düzgün etdiyimizi düşünürəm. Bu, uğurlu skaut fəaliyyəti idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR