"Mourinyonun nəticə qazanmaq planı alınmır"

"Mourinyonun nəticə qazanmaq planı alınmır"
07:37 18 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in eks müdafiəçisi Qari Nevill komandanın baş məşqçisi Joze Mourinyonun işi haqqında son sözü söyləməyin tez olduğunu deyib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Sky Sports"un eksperti portuqaliyalı çalışdırıcını əvvəlki kimi ən yaxşı məşqçilərdən hesab etdiyini bildirib.

"Fikrimcə, biz tez-tez Jozenin işinə qiymət verməyə çalışırıq. Onun shrini itirdiyi barədə gülünc sözlər eşidirik. Mourinyo 18 ay əvvəl Premyer Liqada qalib olub, dünyanın ən yaxşı məşqçilərindən biridir. Bu sahə üçün hələ cavan hesab olunur. "Yunayted" növbəti 4 oyunda ardıcıl qələbələr qazansa, Jozeni yenidən dahi adlandırmağa başlayacaqlar. Onu rahat buraxıb işini görməyinə şərait yaratmaq lazımdır. İndi Mourinyonun nəticə qazanmaq planı alınmır. Aydın görünür ki, bu klubda uğur qazanmaq Jozenin düşündüyü qədər asan deyilmiş".

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR