Nazirdən TƏKLİF

Nazirdən TƏKLİF
08:12 18 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova Respublikasının Azərbaycan Respublikasındakı səfiri George Leuçanı qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə Azərbaycan-Moldova Respublikaları arasında turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələrdən və gələcəkdə nəzərdə tutulmuş birgə tədbirlərdən söhbət açılıb.

Nazir turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlər görülməsini, eləcə də Moldova turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşlərin keçirilməsini təklif edib.

Səfir George Leuça səmimi qəbula görə təşəkkürünü bildirib və iki ölkənin bu sahələrdə gələcəkdə daha da geniş birgə fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR