Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

Date: 18 November 2016 08:12

Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. Bu ölkələrin ordusu olmasa da, onların təhlükəsizliyi güclü dövlətlərin qoruması altındadır. Trend Sputnik-a istinadən ordusu olmayan ölkələri təqdim edir:

Vatikan: Polis səviyyəsində xidmət verən isveçrəli mühafizəçilər tərəfindən qorunur.

İslandiya: Ölkədə 1869-cu ildən bəri ordu yoxdur. Birləşmiş Krallıq ilə hərbi təhlükəsizlik müqaviləsi olduğundan NATO-nun üzvüdür.

Monako: 17-ci əsrdə silah texnologiyasındakı tərəqqisindən dolayı ordusundan imtina etdi. Lazım olan vəziyyətlərdə qorunması Fransaya aiddir.

Kosta Rika: Ölkənin konstitusiyasına görə, 1949-cu ildən bəri ölkədə ordunun olması qadağandır.

Andorra: 3 iyun 1993-cü ildəki müqaviləyə görə, lazım olduğu təqdirdə ölkənin hərbi cəhətdən qorunması İspaniya və Fransa tərəfindən təmin edilir.

Mikroneziya: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.

Grenada: 1983-cü ildə ABŞ-ın işğalı ilə başlayan dövrdən bəri ölkədə ordu yoxdur. Yalnız yerli təhlükəsizlik qüvvələri mövcuddur.

Kiribati: Kiçik ölkədə təhlükəsizlik üçün yalnız polis var. Ölkənin qorunmasına ehtiyac yaranarsa, Yeni ZelandiyaAvstraliya ordusu hərəkətə keçəcək.

Lixtenşteyn: 1868-ci ildən bəri qorunması İsveçrə tərəfindən zəmanət altındadır.

Marshall Adaları: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.

Nauru: Təhlükəsizlikdən Avstraliya məsuldur.

Palau: Heç bir zaman ordusu olmadı. Amerikada xüsusi birliklərlə razılaşdı. Ölkədə ədalət üçün çalışan 30 hüquqşünas var. Cinayət nisbəti sıfır səviyyəsindədir.

Solomon Adaları: 1998-2006-ci illər arasında etnik qarşıdurmalar yaşanması nəticəsində Avstraliya və digər Sakit okean ölkələri araya girərək sülhü təmin etdi. Ordusu yoxdur.

Saint Lucia: Ada ölkəsinin təhlükəsizliyini 116 nəfərlik polis təşkilatı qoruyur.

Saint Vincent və Grenadines: Böyük Britaniya ordusu ilə razılaşdı. Təhlükəsizliyini 94 nəfərlik bir qurum təmin edir.

Samoa: 1962-ci ildə müstəqilliyini qazandığından bəri ordusu yoxdur. Yeni Zelandiya ilə bir anlaşması var. Buna görə orduya ehtiyacı olduğunda Samoanı Yeni Zelandiya ordusu qoruyacaq.

Tuvalu: Böyük Britaniyadan 1978-ci ildə ayrıldığından bəri ordusu yoxdur. Ölkədə yalnız kiçik bir polis təşkilatı var.

Milli.Az


Tags:  Ordusu olmayan ölkələr onları kimlər qoruyur

RƏYLƏR


Top news