"Demokratiya sosial şəbəkədə başqasının şəxsiyyətini alçaltmaq deyil"

"Demokratiya sosial şəbəkədə başqasının şəxsiyyətini alçaltmaq deyil"
08:12 18 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş prokurorun Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması ilə bağlı Milli Məclisə təqdim etdiyi təklif alqışlanmalıdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, bu məsələ son dərəcə vacibdir: "Bilirsiniz ki, Azərbaycan Konstitusiyasında edilən son dəyişikliklərin xeyli hissəsi də insan hüquq və azadlıqları ilə bağlıdır. Biz dəfələrlə bunun şahidi oluruq ki, insanların şərəf və ləyaqəti ayrı-ayrı şəxslər tərəfindən saxta profillərlə təhqir olunur, alçaldılır. Bu proses ənənəvi media vasitələrində deyil, sosial şəbəkələrdə baş verir. Bu hadisələr nəticəsində insanların işgüzar nüfuzuna xələl gəlir. Bununla bağlı müəyyən addımlar atılmasa və qanunvericilikdə konkret maddələr təsbit olunmasa, gələcəkdə bu prosesin daha ağır nəticələri ilə rastlaşacağıq. Bəzi insanlar sosial şəbəkələrdən demokratiyanın mühüm göstəricisi kimi istifadə etməyə çalışır. Amma düşünmürlər ki, demokratiya sosial şəbəkədə başqasının şəxsiyyətini alçaltmaq deyil. Demokratiya adı ilə burada istənilən sözü yazıb öz mənafeyi naminə başqalarının şəxsiyyətini tapdalamaq olmaz".

E.Nəsirov qeyd edib ki, bu cür halların qarşısını almaq üçün qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR