Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

18 NOYABR

18 NOYABR

Date: 18 November 2016 09:03

1999–cu il. ATƏT-in İstanbul zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulub.
1999-cu il. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanıb.
1992-ci il. Azərbaycan Respublikası NATO-nun Parlament Məclisinə assosiativ üzv seçilib.
1910 –cu il. Görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı Süleyman Vəzirov anadan olub (1910-1973). S.Vəzirov “Azneft”in ilk azərbaycanlı rəhbəri, Azərbaycanın birinci neft sənayesi naziri olub. Neft və qaz kəmərlərinin sualtı hissəsinin çəkilişində istifadə olunan borudüzən gəmilərdən biri “Süleyman Vəzirov” adlanır.
2000-ci il. Azərbaycanın tanınmış bəstəkarı, Xalq Artisti Emin Sabitoğlu vəfat edib (1937-2000). O, 600-dən artıq mahnının, doqquz musiqili komediyanın müəllifidir. Bəstəkar 40-dək filmə və saysız-hesabsız tamaşalara musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları onun sevilən əsərlərindəndir. E.Sabitoğlu paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına da musiqi bəstələyib.
2007-ci il. Türkiyənin Ədirnə bölgəsindəki İpsala sərhəd-keçid məntəqəsində Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimi keçirilib. Kəmərin işə salınması ilə Azərbaycan qazının Türkiyə üzərindən Yunanıstana (Avropa Birliyinə) nəqli başlanıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
1868-ci il. Dmitri Mendeleyev Rus Kimya Cəmiyyətini təsis edib.
1870-ci il. Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edilib.

Tags:  NOYABR

RƏYLƏR


Top news