"Əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq". ("İsra" 8). Allah bu ayəsi ilə pis əməl sahibi olub və sonra tövbə edənləri bir növ hədələyir. Onlara xəbərdarlıq edir ki, əgər etdiyiniz tövbədən sonra yenidən fəsada və günaha qayıtsanız, Biz də rəhmət və məğfirətdən əl çəkəcək, cəza verməyə qayıdacağıq.
Allah həqiqətdə buyurur ki, əgər Mənə tərəf qayıtsanız, lütf və
rəhmətimi sizin üzünüzə açacağam. Əgər fəsada qayıtsanız, sizi yenə
də şiddətli cəzaya məhkum edəcəyəm.
"Kim doğru yola gəlsə, ancaq öz xeyrinə doğru yola gəlib və kim
yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının
günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları
oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab
verməmişik". ("İsra" 15).
Allah Təala bu ayədə üç qanuna işarə edir:
Birinci qanun: Hər kim hidayət qəbul edər, öz xeyrinə iş görmüş
olar.
İkinci qanun: Heç kim başqasının günah yükünü çiyninə götürməz.
Məgər o halda ki, başqası ilə etdiyi cinayətdə şərik olsun. Bu
zaman öz payına düşən cəzanı çəkər.
Üçüncü qanun: Allah Təala rəsul göndərməmiş heç bir qəbiləni və ya
milləti cəzandırmaz.
Rəsullar iki cür olur: batini və zahiri. Ağıl Allahın bizə verdiyi
batini rəsuldlr və bizi düz yola hidayət edər. Peyğəmbərlər (ə),
İmamlar (ə), din alimləri isə zahiri rəsullardır.
"(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət)
yolu(nu) çox azmışdır". ("İsra" 72).
O kəslər ki, bu dünyada gözlərini İlahi ayələrə yumublar, Allahın
əzəmətini görməməzliyə vurublar, Allahla rabitələrini inkar
ediblər, yeri və göyü təbiət adlandırıblar, xilqət deyil, Allahın
yaratdıqlarında Onun rolunun olmamasını bildiriblər - bunlar o
kəslərdir ki, Qiyamət günü kor məhşur olacaqlar. Bu insanlar
özlərini İlahi ayələrdən məhrum etdikləri üçün Qiyamət günü də
İlahi rəhməti görməkdən məhrum olarlar. O kəslər ki, bu dünyada
səadət və hidayət yolunu getmirlər, Qiyamət günü də behişt yolunu
görməyəcəklər.
Əgər bu dünyada hidayət yolunu seçmişiksə, deməli öz xeyrimizə iş
görmüşük. Çünki bu yolu seçərək, səadət yolunda irəliləmiş olarıq.
Əgər pis əməllərimizə görə tövbə edib, yenidən həmin fəsada
qayıdırıqsa, Allah rəhmət qapılarını yenidən üzümüzə bağlayar. Əgər
bu dünyada olan zaman İlahi ayələri inkar edər və Allahı Xaliq kimi
qəbul etməriksə, Qiyamət günü kor halda məhşur olar və İlahi
rəhməti görməkdən məhrum olarıq. Yəni, insan hər nə edərsə, özünə
edər. Əgər hidayət yolunu seçərsə, özünə xeyir etmiş olar, əgər
inkar yolunu seçərsə, İlahi rəhmətdən məhrum olar və Allahın
qəzəbləndiyi kəslərdən olar. İnkar etmək üçün heç bir dəlilimiz
olmaz. Çünki Allah bizlərə həm batini və həm də zahiri rəsullar
göndərərək, hidayət yolunu dəqiqliklə nişan vermişdir.
deyerler.org