Stiven Cerrard haqqında növbəti iddia

Stiven Cerrard haqqında növbəti iddia
09:12 18 Noyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

İlin sonunda "Los-Anceles Qalaksi"dən ayrılacaq Stiven Cerrardın karyerasını harada davam etdirəcəyi haqqında şayiələr səngimir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ingilis futbolçunun baş məşqçi işləyəcəyi haqqında xəbərlər yayılıb.

Bu barədə məlumat Britaniya mətbuatında çıxıb. İngilis həmkarlarımızın iddiasına görə, Cerrard bu ölkənin 3-cü dərəcəli liqasında mübarizə aparan "Milton Keyns Dons"u çalışdıracaq.
 
Qeyd edək ki, bir müddət öncə 36 yaşlı yarımmüdafiəçinin "Seltik" və ya "Nyukasl"da köməkçi məşqçi kimi çalışacağı barədə xəbərlər yayılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR