Gömrükdə qanunsuz telefonlar aşkarlandı

Gömrükdə qanunsuz telefonlar aşkarlandı
09:14 18 Noyabr 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

 

Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbərinə görə, baxış zamanı avtomobilin qabaq oturacaqlarının altındakı sandıqçalarda, əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd “Samsung Galaxy J1 mini” və 4 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 1 ədəd USB kabel, 4 ədəd qidalandırıcı cihaz, 5 ədəd telefon qutusu, 6 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR