Yaponiya baş nazirinin Trampla bağlı maraqlı fikri: "O, elə bir liderdir ki..."

Yaponiya baş nazirinin Trampla bağlı maraqlı fikri: "O, elə bir liderdir ki..."
09:32 18 Noyabr 2016
161 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib ki, ABŞ-ın 45-ci prezidenti seçilmiş Donald Tramp elə bir liderdir ki, ona etibar etmək olar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu baş nazir D.Trampla görüşündən sonra jurnalistlərə deyib.

Yaponiyalı rəsmi deyib: "Birlik etibar olmadan fəaliyyət göstərə bilməz. Mən əmin oldum ki, Tramp məhz o liderdir ki, ona etibar etmək olar". Qeyd edək ki, S.Abe bu fikri jurnalistlərin "ABŞ-la hərbi ittifaqla bağlı razılaşma əldə etmək mümkün oldumu?" sualına cavab verərkən deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR