Tanışı 45 yaşlı kişini bıçaqladı

Tanışı 45 yaşlı kişini bıçaqladı
09:44 18 Noyabr 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 45 yaşlı kişini tanışı bıçaqlayıb.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə Şəki şəhəri L. Tolstoy küçəsi, ev 12 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Yaşar Fikrət oğlu Əliheydərov döş qəfəsinin sol tayının kəsilmiş və deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Yaşar Əliheydərov tanışı tərəfindən bıçaqlandığını bildirib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-stabil olduğu bildirilir.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata əsasən, Yaşar Əliheydərovla tanışı, Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Etibar Sədrəddin oğlu Sədrəddinov arasında şəxsi münasibətlər zəminində mübahisə olub. Mübahisə zamanı Etibar Sədrəddinov ona bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Etibar Sədrəddinov tutularaq istintaqa təhvil verilib.


Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR