Türkiyə prezidentinin andiçmə mətni dəyişdirilir

Türkiyə prezidentinin andiçmə mətni dəyişdirilir
09:47 18 Noyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidentinin andiçmə mətni dəyişdirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Milliyyətçi Hərəkat Partiyasına (MHP) təqdim etdiyi Konstitusiyaya dəyişikliklərə dair paketdə bu da var.
İnformasiyaya əsasən, buna səbəb kimi andiçmə mətninin uzun olması, habelə Baş Nazirlik və Nazirlər Kabinetinin ləğv edilməsi göstərilir. Xəbərə görə, mətn qısaldılaraq, anlaşılan və düzgün bir hala salınacaq.
Məlumata əsasən, Baş Nazirlik və Nazirlər Kabineti ilə bağlı 8 maddə öz funksiyasını itirəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR