Nazirlik: Azərbaycan iqtisadiyyatına investisiyalar gələn il 19% azalacaq

Nazirlik: Azərbaycan iqtisadiyyatına investisiyalar gələn il 19% azalacaq
09:57 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,3 mlrd. manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 18,6% azdır.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən xəbər verir.
Gələn il yatırılacaq investisiyaların 39,6%-i daxili, 60,4%-i isə xarici maliyyələşmə mənbələrinin payına düşür.
Ümumi investisiyaların 5,6 mlrd. manatının qeyri-neft sektoruna, 9,7 mlrd. manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur.
Gələn il qeyri-dövlət investisiyalarının 10,8 mlrd. manat olmaqla, ümumi investisiyaların 70,5%-ni, dövlət investisiyalarının isə 4,3 mlrd. manat olmaqla, ümumi investisiyaların 29,5%-ni təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2016-ci ildə əsas kapitala yönəldiləcək investisiyların həcmi 18,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 57,8%-nin daxili, 42,2%-nin xarici investisiyaların payına düşəcəyi gözlənilir.
Bu il ümumi investisiyaların 10,8 mlrd. manatının qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur. Növbəti ildə qeyri-dövlət investisiyaları 11,0 mlrd. manat olmaqla, ümumi investisiyaların 58,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır. Dövlətin ümumi investisiyaların strukturunda payının isə 41,5% və ya 7,9 mlrd. manat olacağı gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nazirlik-azerbaycan-iqtisadiyyatina-investisiyalar-gelen-il-19-azalacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR