"Yaprak dökümü"nün aktrisası "Əfsanə" ilə dönür

"Yaprak dökümü"nün aktrisası "Əfsanə" ilə dönür
10:01 18 Noyabr 2016
165 Şou
Ölkə mətbuatı
A- A+

Kanal D-də başlayacağı gözlənilən "Efsane" ("Əfsanə") serialının qadın baş rol ifaçısı bəlli olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ-ın "Ağ kölgə" (The White Shadow) serialının ssenarisi əsasında çəkiləcək ekran işinə "Yaprak dökümü"nün ulduzu Gökçe Bahadır qatılıb. O, Erdal Beşikçioğlu ilə tərəf müqabili olacaq.

Ekran işi dekabrda yayımlanmağa başlayacaq. Serialın rejissoru "Kiralık aşk", "Küçük Ağa", "Krem" kimi seriallarda rol alan aktyor Devrim Yalçın olacaq. "Efsane"də rol alacaq digər aktrisa isə Rojda Demirer olacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR