Hadisənin ayağının sınması Bakıda konsertdə iştirakına təsir göstərməyəcək

Hadisənin ayağının sınması Bakıda konsertdə iştirakına təsir göstərməyəcək
10:07 18 Noyabr 2016
130 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Türkiyəli məşhur müğənni Hadisənin ayağının sınması Bakı Olimpia Stadionunda keçiriləcək konsertdə iştirakına heç bir təsir göstərməyəcək.
Stadionun mətbuat katibi Cəmilə Mehdiyeva “Report”a bildirib ki, Hadisənin kosertdə iştirakı qüvvədədir: “Həkimlər ona üç həftə tərpənməməsini məsləhət görüb. Onun Bakıdakı konserti isə 6 həftədən sonra olacaq. Yəni, müğənninin paytaxta gəlməsində heç bir maneə olmayacaq”.
Stadionun mətbuat xidmətindən o da qeyd olunub ki, Hadisəni konsertdə 6 belçikalı rəqqasə müşayiət edəcək: “Eyni zamanda, müğənninin iki bacısı da onunla birlikdə Bakıya gələcək”.
Qeyd edək ki, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təşkil olunacaq “ƏN Yeni İl” adlı konsert proqramında konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.
Tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory” və Iticket.az saytıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/hadisenin-ayaginin-sinmasi-bakida-konsertde-istirakina-tesir-gostermeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR