Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gömrükdə qaçaqmal mobil telefonlar müsadirə edilib

Gömrükdə qaçaqmal mobil telefonlar müsadirə edilib

Date: 18 November 2016 10:12

Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, baxış zamanı avtomobilin qabaq oturacaqlarının altındakı sandıqçalarda, əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd "Samsung Galaxy J1 mini" və 4 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 1 ədəd USB kabel, 4 ədəd qidalandırıcı cihaz, 5 ədəd telefon qutusu, 6 ədəd "qulaqcıq" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Gömrükdə qaçaqmal mobil telefonlar müsadirə edilib

RƏYLƏR


Top news