Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Forbes" yaşı 30-dək olan ən varlı idmançıların siyahısını açıqlayıb

"Forbes" yaşı 30-dək olan ən varlı idmançıların siyahısını açıqlayıb

Dünyanın ən zəngin qadını (21 Mart 2017 14:34)
Dünyanın ən varlı adamlarının yeni siyahısı (21 Mart 2017 09:42)
Bu qızın 32 yaşı, 625 milyon dolları var (07 Mart 2017 13:48)

Tarix: 18 Noyabr 2016 10:12

Bakı. 18 noyabr. REPORT.AZ/ "Forbes" nəşri yaşı 30-dək olan ən varlı idmançıların siyahısını dərc edib.
"Report"un məlumatına görə, ilk pillədə İspaniya "Barselona"sının futbolçusu Lionel Messi yer alıb. Argentinalı hücumçunun illik gəliri 76,3 milyon avrodur. 2-3-cü yerləri hərəyə 52,4 milyon avro ilə 29 yaşlı serbiyalı tennisçi Novak Cokoviçlə ABŞ-ın 28 yaşlı basketbolçusu Kevin Dürant bölüşür.
"10-luğ"a şimali irlandiyalı qolfçu Pol Makilroy (27 yaş, 39,8 milyon), ABŞ-ın "Sietl Sixoks" klubunun futbolçusu Rassell Uilson (27 yaş, 39,3 milyon), "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel (29 yaş, 38,4 milyon), ispaniyalı tennisçi Rafael Nadal və "Barselona"nın braziliyalı hücumçusu Neymar (30 və 24 yaş, hərəyə 35,1 milyon), "Real Madrid"in uelsli yarımmüdafiəçisi Qaret Beyl (27 yaş, 33,7 milyon), ABŞ-ın "Baffalo Bills" komandasının futbolçusu Marsell Dareus (26 yaş, 32,8 milyon) və "Nyu-York Niks" klubunun basketbolçusu Derrik Rouz (28 yaş, 31,8 milyon) da düşüb.  

Teqlər:  Forbes yaşı 30-dək olan varlı idmançıların siyahısını açıqlayıb



RƏYLƏR


Top xəbərlər