Qızına etdiyi jest baha başa gəldi

Qızına etdiyi jest baha başa gəldi
10:12 18 Noyabr 2016
193 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyanın "Qremio" klubunun baş məşqçisi Renato Qauçonun qızına jesti klubunun cəzalanmasıyla nəticələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Braziliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda evdə "Kruzeyro"yla qarşılaşan "Qremio"nun baş məşqçisi Qauço 22 yaşlı qızını ehtiyat oyunçular skamyasında, yanında oturdub.

Mütəxəssisin qızı həmçinin oyundan sonra meydançadakı qələbə şənliyinin də iştirakçısı olub.
 
Ancaq Qauçonun qızına jesti klubuna baha başa gəlib. Belə ki, Braziliya Futbol Federasiyası məsələylə bağlı bu açıqlamanı yayıb: "Bir atanın qızına olan sevgisi mühakimə oluna bilməz. Ancaq edilən hərəkət qaydalara ziddir və cəzasız qalmamalıdır".
 
Federasiya "Qremio"nu 30 min Braziliya realı (15 min AZN) məbləğində cəzalandırmaqla yanaşı, klubun ilk ev oyununu neytral meydanda keçirməsiylə bağlı qərar verib.
 
"Qremio"nun azarkeşləri Qauçoya dəstək veriblər. Klub isə qərarla bağlı şikayət edəcəklərini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR