"Kurtlar Vadisi Pusu" efirə qayıdacaqmı?

"Kurtlar Vadisi Pusu" efirə qayıdacaqmı?
10:21 18 Noyabr 2016
257 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyə televiziya tarixinin ən çox davam edən seriallarından olan "Kurtlar Vadisi Pusu"nun ekranlara qayıtmayacağı barədə xəbərlər gündəmdədir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yayda Kanal D ilə razılığa gəlməyən serialın "360 TV"də yayımlanacağı gözlənilirdi. Lakin maliyyə anlaşılmazlıqları bu razılaşmaya mane olub.

Hətta bir müddət əvvəl aktyor Uğur Pektaşın da seriala daxil olduğu barədə xəbərlər yayılmışdı.

Türkiyədə 15 iyul hadisələrindən sonra "Pana Film"in "Kurtlar Vadisi Darbe" adlı film çəkməyə hazırlaşması, bu adı isə hadisələrdən əvvəl qeydiyyatdan keçirməsi ciddi qalmaqala səbəb olmuşdu. Bu səbəbdən layihənin bitmə ehtimalının yüksək olduğu deyilir. Bütün serialların yayıma başladığı dövrdə "Kurtlar Vadisi Pusu"nun yayım tarixinin bəlli olmaması bu iddialara əsas verir.

Lakin "Pana Film"in bu barədə heç bir açıqlama verməməsi və bəzi iddialara görə çəkilişlərin yaxın zamanda başlayacağı serialın fanatlarını ümidləndirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR