Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müdirin böhtanı 17 yaşlı məktəblinin ölümünə səbəb oldu - FOTO

Müdirin böhtanı 17 yaşlı məktəblinin ölümünə səbəb oldu - FOTO

Date: 18 November 2016 10:22

Türkiyədə 17 yaşlı Mehriban atasının gözü qarşısında intihar edib.

Milli.Az "Milliyet"ə istinadla xəbər verir ki, müəllimi tərəfindən böhtan atılan 17 yaşlı Mehriban Şimşek bunu qüruruna sığışdırmayıb. O, atasının maşını ilə gedərkən qəfildən qapını açaraq yola atılıb. Mehriban müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Təfərrüat:

Mehriban və sinif yoldaşı Oğuzhan məktəbin həyətində oturub söhbət edərkən qızın saçına yarpaq düşüb. Oğuzhan Mehribanın saçındakı yarpağı götürərkən müəllimləri onları görüb. Müəllim şagirdləri danlayıb. "Həyətdə oturub yersiz hərəkətlər edirsiniz". Müəllim şagirdləri danladıqdan sonra onları müdirin yanına aparıb. Müdir uşaqların valideynlərini məktəbə çağıraraq onlardan valideynlərinə şikayət edib. Müdir qızla oğlana böhtan ataraq valideynlərinə deyib:

"Qızınız məktəbdə uyğunsuz hərəkətlər edib. Ya siz özünüz məktəbdən çıxarın, ya da biz qovacağıq".

Valideyn isə buna etiraz edib. Ata qızını da maşına mindirərək məktəbdən uzaqlaşıb. Müdirin və müəllimin sözlərini qüruruna sığışdırmayan Mehriban maşın hərəkətdə ikən qapını açaraq özünü yerə atıb.

Milli.Az



Tags:  Müdirin böhtanı 17 yaşlı məktəblinin ölümünə səbəb oldu FOTO

RƏYLƏR


Top news