Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

Güclü duman Bakı hava limanının işinə təsirsiz ötüşüb (10 Mart 2017 08:27)
Bakıya güclü duman çökdü - Hava limanı... (10 Mart 2017 07:53)
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb (25 Fevral 2017 12:27)

Tarix: 18 Noyabr 2016 10:22

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, dünəndən 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçib, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-26, Bakıda və Abşeron yarımadasında 1-5 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Şahdağda 20, Daşkəsəndə 5, Sarıbaş, Gədəbəydə 4, Xınalıq, Göygöldə 2, Qubada və Qubanın dağlıq ərazilərində 1-7 sm olub.
Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, bəzi yerlərdə arabir 28 m/s-dək güclənib.

Teqlər:  Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb



RƏYLƏR


Top xəbərlər