Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şahdağa 20 sm hündürlüyündə qar yağıb – Faktiki hava

Şahdağa 20 sm hündürlüyündə qar yağıb – Faktiki hava

Bəzi rayonlara qar yağıb - FOTO (21 Mart 2017 13:32)
Birləşmiş Ərəb Əmirliklərinə qar yağdı (20 Fevral 2017 14:37)
Birləşmiş Ərəb Əmirliklərinə qar yağıb (20 Fevral 2017 14:12)

Tarix: 18 Noyabr 2016 10:24

 

Noyabrın 17-si gündüzdən 18-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi noyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçib, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-26, Bakıda və Abşeron yarımadasında 1-5 mm təşkil edib.

 

Qar örtüyünün hündürlüyü Şahdağda 20, Daşkəsəndə 5, Sarıbaş, Gədəbəydə 4, Xınalıq, Göygöldə 2, Qubada və Qubanın dağlıq ərazilərində 1-7 sm olub.

 

Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, bəzi yerlərdə arabir 28 m/s-dək güclənib.

 


Teqlər:  Şahdağa 20 sm hündürlüyündə qar yağıb Faktiki hava



RƏYLƏR


Top xəbərlər