Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fasilə bitdi: Liderlərin ev sınağı

Fasilə bitdi: Liderlərin ev sınağı

Date: 18 November 2016 10:27

Sabah Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq turun görüşləri iki gün ərzində oynanılacaq. Çempionatın ilk üç pilləsində qərarlaşan liderlər növbəti ev matçında qüvvələrini sınayacaqlar.

Həftənin mərkəzi oyununda ötən mövsümün mükafatçıları "Qəbələ" və "Zirə" üz-üzə gələcəklər. Turun açılış matçı bölgə təmsilçisinin meydanında keçiriləcək. Ardıcıl 13 oyun uduzmayan Roman Qriqorçukun yetirmələri zirvədəki mövqeni qorumaq üçün qalib gəlməlidirlər. Son turlarda vacib xallar itirib, üstünlüyünü əldən verən "qırmızı-qaralar" "Qarabağ"la səfər matçı öncəsi qələbəyə iddialıdırlar. Bakı klubu isə ilk "üçlük"dən uzaq düşməmək üçün rəqib meydanında xal qazanmalıdır.
 
Avropa Liqasının qrup mərhələsinin digər iştirakçısı "Qarabağ" da ilk oyun günündə meydan çıxacaq. Öz meydanında oynayacaq "Qarabağ" "Kəpəz"i sınağa çəkəcək. Son 4 turda qələbə qazanan ağdamlılar "Qəbələ"nin büdrəməsindən asılı olaraq, zirvəyə sahib çıxa bilərlər. Qurban Qurbanovun yetirmələri 17 matç uduzmadıqları rəqiblərini bu dəfə də itkisiz keçə bilərlər. 3 turdur qalib gəlməyən gəncəlilər isə uğursuz seriyaları qırmaq əzmindədirlər.
 
Turnir cədvəlinin qonşuları "Neftçi" və "Sumqayıt" ikinci oyun günündə meydana çıxacaqlar. Sonuncuların meydanında baş tutacaq qarşılaşmada bakılılar rəqiblərini arxada qoymağa çalışacaqlar. Bunun üçün Elxan Abdullayevin yetirmələri 3 xal əldə etməlidirlər. 5 turdur qələbə nə olduğunu bilməyən Samir Abasovun komandası uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparacaq. Bakılılar isə qələbə ilə 2 pillə irəliləyə bilərlər. Çünki "Kəpəz"in turu xalsız başa vurması gözləniləndir.
 
Həftəyə paytaxt derbisi ilə yekun vurulacaq. Liderləri izləyən "İnter" çempionatın autsayderi AZAL-ı qəbul edəcək. 15 turdur qələbəyə həsrət qalan qonaqlar sensasiya ümidi ilə "İnter Arena"ya çıxacaq. "Bankirlər" isə mükafatlar uğrunda mübarizədə vacib xallar qazanmalıdır. İlk məğlubiyyətini ötən tur alan Zaur Svanadzenin komandası həmin yenilginin təsadüf olduğunu sübut etmək üçün gücünü autsayderə göstərməlidir.

Azərbaycan Premyer Liqası
XII tur
19 noyabr (şənbə)

15:00. "Qəbələ" - "Zirə"
I dövrədəki oyun: 2:0
Qəbələ şəhər stadionu

18:00. "Qarabağ" - "Kəpəz"
I dövrədəki oyun: 1:1
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
 
20 noyabr (bazar)

14:00. "Sumqayıt" - "Neftçi"
I dövrədəki oyun: 2:1
Sumqayıt şəhər stadionu
 
16:00. "İnter" - AZAL
I dövrədəki oyun: 3:1
"İnter Arena"

1.

Qəbələ

11

7

4

0

26-4

25

2.

Qarabağ

11

8

1

2

23-5

25

3.

İnter

11

5

5

1

17-11

20

4.

Zirə

11

4

2

5

10-12

14

5.

Kəpəz

11

2

6

3

7-10

12

6.

Sumqayıt

11

2

4

5

9-17

10

7.

Neftçi

11

3

0

8

9-25

9

8.

AZAL

11

0

4

7

4-21

4

Bombardir: Baqali Dabo ("Qəbələ") - 7

Milli.Az


Tags:  Fasilə bitdi Liderlərin ev sınağı

RƏYLƏR


Top news