Daha bir idmançımız dünya çempionatında medal qazandı

Daha bir idmançımız dünya çempionatında medal qazandı
10:32 18 Noyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Kanadanın Bernabi şəhərində gənc taekvondoçular arasında keçirilən dünya çempionatında Azərbaycan yığması daha bir medal qazanıb. 

Milli.Az Report-a istinadən xəbər verir ki, ikinci yarış günündə 55 kq çəki dərəcəsində mübarizəyə qatılan Qaşım Maqomedov gümüş medala sahib olub. Ardıcıl olaraq, ukraynalı, çinli, meksikalı, italiyalı və iranlı rəqiblərini məğlub edən Maqomedov finalda cənubi koreyalıya uduzub. 

Qeyd edək ki, bu, dünya çempionatında Azərbaycan yığmasının ikinci medalı olub. İlk yarış günündə Ayaz Qəmbərli (45 kq) bürünc medala yiyələnib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR