Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vahid Əhmədov: "Neftin qiyməti siyasi proseslərdən asılıdır"

Vahid Əhmədov: "Neftin qiyməti siyasi proseslərdən asılıdır"

Date: 18 November 2016 10:32

Bakı. 18 noyabr. REPORT.AZ/ "Hesab edirəm ki, manatın devalvasiyası yumşaq aparılmalı idi ki, xalq şok effekti yaşamasın". "Report" xəbər verir ki, bunu bu gün keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı" adlı konfransda çıxış edən millət vəkili Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, manatı qorumaq üçün AMB 11 mlrd. dollardan çox vəsait xərcləyib: "Əvvəllər deyirdik ki, neftin qiyməti bazardan asılıdır. Amma indi görürük ki, bu siyasi proseslərdən asılıdır. Bəzi dövlətlər Rusiyanı sıxmaq üçün belə edir".
Deputat deyib ki, gələn il Azərbaycanda 33 rayona dotasiya ayrılmayacaq: "Bu vaxta qədər 6 rayona dotasiya verilmirdi. Amma yeni büdcədə bu, 33 olacaq".


Tags:  Vahid Əhmədov Neftin qiyməti siyasi proseslərdən asılıdır

RƏYLƏR


Top news