Rusiyalı aparıcı Kseniya Sobçak ilk dəfə ana olub.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 35 yaşlı Kseniyanın Maksim Vitorqanla evliliyindən oğlu dünyaya gəlib.
Moskvanın beşulduzlu otel kimi xəstəxanalarından birində palataya yerləşdirilən Sobçak ana olduqdan sonra "Bu gün ən xoşbəxt gündür. Mən gözəl bir oğlan anasıyam" yazıb.