Bankda özünü yandırdı: 27 nəfər yaralandı - VİDEO - FOTO

Bankda özünü yandırdı: 27 nəfər yaralandı - VİDEO - FOTO
10:37 18 Noyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyanın Melburn şəhərinin cənub-şərqində  "Commonwealth Bank of Australia" bankının bölmələrindən birinə soxulan şəxs özünü yandırıb.

Milli.Az The Age-ə istinadən bildirir ki, şahidlərin dediklərinə görə, bu şəxs bank filialına daxil olandan sonra əlindəki bağlamanı partladıb. Əvvəlcə güclü səs eşidilib, sonra yanğın başlanıb. Bankı tüstü bürüyüb.

Bankdakı şəxslər küçəyə qaçmağa başlayıblar. Onların əksəriyyəti qan içində idi.

27 nəfər yaralanıb. 6 nəfərin vəziyyəti kritikdir. Yaralılar arasında 3 uşaq da var.

Melburn polisindən verilən məlumata görə, banka girərək özünü partladan və yandıran 21 yaşlı şəxs ağır yaralı vəziyyətdə ələ keçirilib. O, hazırda polis mühafizəsi altında xəstəxanadadır.

Viktoriya ştatındakı Melburn şəhərində "Commonwealth Bank of Australia"nın bölməsindəki olayın şahidi Eşli Atkin-Fonun dediyinə görə, faciəli olyın səbəbkarınnı əlində partladıcı qurğu varmış.

O, qurğunu qapıya bərkidəndən sonra işə salıb. Partlayış yanğına səbəb olub.

Melburn polisi isə bədəməlin banka içində yandırıcı maddə maddə olan konteynerlə girdiyini bəyan edib.

Həmin şəxs Sprinqvel bölgəsinin sakinidir.

Milli.Az



























Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR