Şahdağa 20 sm qar yağıb

Şahdağa 20 sm qar yağıb
10:56 18 Noyabr 2016
118 Şou
Ölkə mətbuatı
A- A+

Noyabrın 17-si gündüzdən 18-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, noyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçib, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-26, Bakıda və Abşeron yarımadasında 1-5 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 20, Daşkəsəndə 5, Sarıbaş, Gədəbəydə 4, Xınalıq, Göygöldə 2, Qubada və Qubanın dağlıq ərazilərində 1-7 sm olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, bəzi yerlərdə arabir 28 m/s-dək güclənib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR