"Azərişıq" abonentlərə xəbərdarlıq edir

"Azərişıq" abonentlərə xəbərdarlıq edir
11:17 18 Noyabr 2016
235 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərişıq" ASC borclu abonentlərə xəbərdarlıq edib.

"Azərişıq" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 2016-cı il  noyabr  ayının 22-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz olaraq və fərdi qaydada dayandırılacaqdır.

"Azərişıq"dan Milli.Az-a bildiriblər ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma"sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun Səhmdar Cəmiyyəti tərəfindən ciddi tədbirlər görüləcəkdir.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Pünhan Mirzə

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR