Hüseynqulu Bağırov: "Azərbaycan o azsaylı ölkələrdəndir ki..."

Hüseynqulu Bağırov: "Azərbaycan o azsaylı ölkələrdəndir ki..."
11:22 18 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan meşə örtüyü artan azsaylı ölkələrdən biridir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Nazir bildirib ki, hazırda ölkədə əhalinin oduna olan tələbatı azalıb və meşələrin mühafizəsi gücləndirilib:

"Son 10 ildə Azərbaycan dünyada meşələrin mühafizəsini artıran ikinci ölkədir. Daha çox meşə zolağı olan ölkələr var. Amma bu sahədə inkişafa görə biz ikinci ölkəyik. O cümlədən, ətraf mühitin çirklənməsinə qarşı, havaya atılan tullantıların qarşısının alınması istiqamətində aparılan tədbirlərə görə Azərbaycan dünyada 5-ci dövlətdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR