Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ekspert: "Azərbaycanın müsbət xarici ticarət saldosu bu il sıfıra düşə bilər"

Ekspert: "Azərbaycanın müsbət xarici ticarət saldosu bu il sıfıra düşə bilər"

Date: 18 November 2016 11:22

Bakı. 18 noyabr. REPORT.AZ/ "Bu ilin sonuna qədər Azərbaycanda xarici ticarətin müsbət saldosu azalaraq ümumiyyətlə sıfıra düşə bilər". "Report" xəbər verir ki, bunu bu gün keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı" adlı konfransda çıxış edən iqtisadçı-ekspert Samir Əliyev deyib.
S.Əliyevin sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı devalvasiyanın təsirini minimallaşdırmaq məqsədi ilə pul kütləsini azaldır və bu da bazarda həm dollar, həm də manat qıtlığının yaranmasına səbəb olub. AMB-nin bu addımı başa düşüləndi, çünki əgər belə olmasaydı, indi 1990-cı illərdəki inflyasiya qeydə alınardı".
Ekspert hesab edir ki, bu ilin ilk 9 ayında manatla olan bank depozitlərinin həcmində artım var: “Ötən il manatla olan depozitlərin payı 52% idisə, bu ilin ilk 9 ayında 53%-dir. Amma düşünmürəm ki, bu, manatla olan depozitlərin həcminin artması ilə bağlıdır. Artım dollarda olan depozitlərin həcminin azaldığını göstərir”.
S.Əliyev deyib ki, ölkədə olan bir çox strukturların kredit cəlb etmək imkanı yoxdur: “Yalnız SOCAR kimi iri şirkətlər xaricdən kredit cəlb edə bilir. Qalan kiçik təşkilatlar isə yenə yerli banklardan vəsait cəlb edir”.


Tags:  Ekspert Azərbaycanın müsbət xarici ticarət saldosu bu il sıfıra düşə bilər

RƏYLƏR


Top news