SOCAR-ın işçisini öldürmüş şəxslər tutuldu - BAKIDA

SOCAR-ın işçisini öldürmüş şəxslər tutuldu - BAKIDA
11:29 18 Noyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafada törədilmiş qətlin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 13-də Ağstafa şəhəri ərazisindən Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri (küt alətlə yetirilmə xarakterli) olan meyiti Ağstafa şəhər sakini Samir Əliyevə məxsus "VAZ-2106" markalı avtomobildə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində tutulub.

 

Qeyd edək ki, qətlə yetirilən şəxs SOCAR-ın tərkibindəki “Azəriqaz” İB-nin Ağstafa Qaz İstismarı Sahəsinin əməkdaşı olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR