Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tae-Sunq Junq: "Dünya Xəbər Agentliklərinin V Konqresi mühüm əhəmiyyət daşıyır" - FOTO

Tae-Sunq Junq: "Dünya Xəbər Agentliklərinin V Konqresi mühüm əhəmiyyət daşıyır" - FOTO

Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıqla bağlı Londonda növbəti Şura iclası keçirilib - FOTO (06 Mart 2017 21:05)
Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıqla bağlı Londonda növbəti Şura iclası keçirildi FOTO (06 Mart 2017 20:58)
Maroş Şevçoviç: ""Cənub qaz dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır" (23 Fevral 2017 14:32)

Tarix: 18 Noyabr 2016 11:32

"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası dünya xəbər agentlikləri arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək".

Milli.Az bildirir ki, bunu Trend-ə Koreyanın "Yonhap" xəbər agentliyinin direktoru Tae-Sunq Junq deyib.

O bildirib ki, Bakıda keçirilən tədbirlər çərçivəsində dünya xəbər agentlikləri qarşısında duran mühüm çağırışlar müzakirə edilir, vacib qərarlar qəbul edilir və gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilir:

"Bu baxımdan tədbir mühüm əhəmiyyət daşıyır. Azərbaycan tədbiri yüksək səviyyədə təşkil edib".

Bakıda birinci dəfə olduğunu bildirən koreyalı qonaq şəhəri çox bəyəndiyini də bildirib:

"Ailəmlə birlikdə Bakıya turist kimi gəlməyi və bu gözəl şəhəri daha yaxşı gəzməyi çox istəyirəm".

Milli.Az




Teqlər:  Tae-Sunq Junq Dünya Xəbər Agentliklərinin Konqresi mühüm əhəmiyyət daşıyır FOTO



RƏYLƏR


Top xəbərlər