Bakıda çalışdığı evdən 70 min manatlıq qızıl oğurlayan usta tutulub

Bakıda çalışdığı evdən 70 min manatlıq qızıl oğurlayan usta tutulub
11:32 18 Noyabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda çalışdığı evdən 70 min manatlıq qızıl oğurlayan usta tutulub.
“Report”un xəbətinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu Polis Bölməsinə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla fakt təsdiqini tapıb və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Ömərov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-calisdigi-evden-70-min-manatliq-qizil-ogurlayan-usta-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR