Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ələt-Astara magistralında QORXUNC OLAY: Yanacaq daşıyan maşın aşdı

Ələt-Astara magistralında QORXUNC OLAY: Yanacaq daşıyan maşın aşdı

Date: 18 November 2016 11:32

Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində "Ford" markalı minik avtomobili ilə "ZİL" markalı benzin daşıyan maşın toqquşub.

Güclü zərbədən "ZİL" markalı maşın aşıb, benzin yola dağılıb. 
 
Hazırda Ələt-Astara magistralı bağlanıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür.

Milli.Az


Tags:  Ələt-Astara magistralında QORXUNC OLAY Yanacaq daşıyan maşın aşdı

RƏYLƏR


Top news