Bakıda daha bir piyada vuruldu: sürücü yaralını xəstəxanaya çatdırdı

Bakıda daha bir piyada vuruldu: sürücü yaralını xəstəxanaya çatdırdı
11:37 18 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 56 yaşlı qadını avtomobil vurub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, 1960-cı il təvvəllüdlü Seyidova Gülşən Musa qızı yolu keçmək istəyərkən onu "Hyundai" markalı avtomobil vurub. Xəsarət alan qadını həmin avtomobilin sürücüsü 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıb.
Xəstəxanadan verilən məlumata görə, G.Seyidova əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR