Azərbaycandan Acun İlıcalıya təklif

Azərbaycandan Acun İlıcalıya təklif
11:41 18 Noyabr 2016
242 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur Acun İlıcalı Azərbaycandan təklif alıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, “Səs Yunanıstan” layihəsi ilə səs-küy yaradan “TV 8”in rəhbəri növbəti hədəfinin İngiltərə və Almaniya olduğunu açıqlayıb. O bildirib ki, əcnəbiləri ekran başına bağlayan türk olmaq istəyir.

İlıcalının 1,5 ildir üzərində çalışdığı “Səs Yunanıstan” layihəsinin ilk bölümü “Skai TV”də yayımlanıb. Afinada baş tutan kokteyldə münsiflər Elena Paparizu, Sakis Ruvas, Kostis Maraveyas və Panos Mouziurakislə birlikdə media nümayəndələrinin qarşısına çıxan Acun layihələrindən danışıb.

“Yunanları ekran başına bağlayan türk olmaq istəyirəm. Bu qüruru yaşamağı arzulayıram” deyə, Acun bildirib.

Xaricdə yayımlanan türk serialları qədər məşhur olmağı arzulayan İlıcalı Rumınya və Azərbaycandan təklif aldığını açıqlayıb:

“Aparıcı və ya idarəçi kimi performansımı yox, prodüserlikdəki bacarığımı göstərməyə çalışıram. “Efirdə olum” deyə bir iddiam yoxdur, heç vaxt da olmadı”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR