Lənkəranda mikroavtobus yanacaq daşıyan maşınla toqquşub

Lənkəranda mikroavtobus yanacaq daşıyan maşınla toqquşub
11:42 18 Noyabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 18 noyabr. REPORT.AZ/ Lənkəran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Ələt - Astara magistralının Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford" markalı mikroavtobus  yanacağdaşıyan "ZİL" markalı maşınla toqquşub. Nəticədə "Ford"-un sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanası (RMX) yerləşdirilib.  Hadisə zamanı yanacağdaş.ıyan maşın aşıb və yanacaq ətrafa səpilib. Ərazidə partlayılş təhlükəsi yaranıb. Magistral yol bağlanıb, sürücülər alternativ - kənd ara yollarından sitifadə etməklə hərəkətini davam etdiriblər. 
Faktla bağlı araşdılrmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-mikroavtobus-yanacaq-dasiyan-masinla-toqqusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR