Dəməşq və Moskva Ankaraya qarşı birləşdi

Dəməşq və Moskva Ankaraya qarşı birləşdi
11:43 18 Noyabr 2016
111 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə hərbi təyyarələri noyabrın 12-də İŞİD-in mövqelərinə endirdiyi zərbələrdən sonra Suriyanın şimalında hava əməliyyatları keçirə bilmir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk qırıcılarının Suriyanın şimalında uça bilməməsinin səbəbi Suriyanın raket təhdididir.

Məlumata görə, Dəməşq rejimi İŞİD-in əlindəki Əl-Bab şəhərini almaq üçün genişmiqyaslı əməliyyat həyata keçirməyi planlaşdırır. Məhz buna görə də Rusiyanın da icazəsini alaraq Türkiyə qırıcılarının əməliyyat həyata keçirməsinə mane olur.

Bundan başqa, koalisiyaya aid hava qüvvələrinin də Azad Suriya Ordusunun Əl-Bab əməliyyatına dəstək vermədiyi bildirilir.

Türk qırıcıları oktyabrın 19-da PYD-yə qarşı həyata keçirdiyi hücumdan sonra Suriyanın raket təhdidlərinə görə təxminən 3 həftə bu ölkənin şimalında hava əməliyyatı keçirə bilməmişdi. Bu problem Türkiyənin Baş qərargah başçısı Hulusi Akarın noyabrın 1-də Moskvada rusiyalı həmkarı Valeri Gerasimovla görüşündə aradan qaldırılmış və noyabrın 12-də Cerablusun cənubunda İŞİD-in mövqeləri vurulmuşdu.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR