Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkan Şorayın Azərbaycandakı gizli dostu kim imiş? - FOTO

Türkan Şorayın Azərbaycandakı gizli dostu kim imiş? - FOTO

Date: 18 November 2016 11:48

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, məşhur bəstəkar və rəssam Arif Məlikov Türkan Şorayla uzun illərdir dostluq etdiyini bildirib.

A.Məlikov Publika.az-a verdiyi açıqlamasında Türkan xanımla tez-tez görüşdüyünü bildirib: “Mən Türkiyəyə gedəndə Türkan xanımla görüşüb hal-əhval tuturam. Çox dəyərli sənətkardır, mülayim xasiyyətli insandır. Türkan xanım Azərbaycana nadir hallarda gəlsə də, burada olanda mütləq görüşürük. Hətta mən onun şəkil kolleksiyasını toplamışam”.

Qeyd edək ki, Xalq artisti Arif Məlikov və Türkan Şoray dünən Xəzər Universitetində keçirilən tədbirdə "Avrasiya Əfsanəsi" mükafatına layiq görülüblər.

Aytən




















Tags:  Türkan Şorayın Azərbaycandakı gizli dostu kim imiş FOTO

RƏYLƏR


Top news