Komitə sədri: "Azərbaycanda 2,6 milyon uşaq var"

Komitə sədri: "Azərbaycanda 2,6 milyon uşaq var"
11:52 18 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ “Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və prioritet istiqamət təşkil edir. Hazırda ölkədə 2 milyon 600 minə yaxın uşaq var”.
“Report” xəbər verir ki, bunu BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir: "Eyni zamanda, məktəbəqədər yaşlı­ uşaqların intellektual, fiziki və psixoloji inkişafı, onların yaradıcılıq mühitində böyüməsi və idmanla ­məşğul olması üçün zəruri şəraitin yaradılması vacib məsələlərdəndir. Xüsusi qayğıya ehtiya­cı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcb­uri köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır". ­
H.Hüseynovanın sözlərinə görə, uşaq siyasətinin reallaşmasında güclü qanunvericilik bazasının yaradılması çox vacibdir: "Keçən dövr ərzində davamlı olaraq uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması və sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib. ­Uşaq hüquqları sah­əsində qanunvericilik­ bazası ildən-ilə daha­ da təkmiləşdirilir­".­
Sədr qeyd edib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3824 nəfər əsir kimi qeydiyyatdadır: "Onlardan 60-ı uşaqdır. Uşaqların isə 20-si qız, 40-ı oğlandır".






Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/hicran-huseynova-azerbaycanda-olan-usaqlarin-sayini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR