Ağstafada Bakı sakini qətlə yetirilib

Ağstafada Bakı sakini qətlə yetirilib
11:52 18 Noyabr 2016
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda Bakı şəhər sakini qətlə yetirilib. "Report"un məlumatına görə, üzərində zorakılıq əlamətləri olan Bakı şəhər sakini Tural Hacıyevin meyiti Ağstafa rayon sakini Samir Əliyevə məxsus "VAZ-2106" markalı avtomobillə xəstəxanaya gətirilib. T.Hacıyevin küt alətlə vurularaq öldürüldüyü məlum olub. 
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri Samir Əliyev və Fərid Əliyev tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafada-baki-sakini-qetle-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR