Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kloppdan Runiyə dəstək: "İnsandır"

Kloppdan Runiyə dəstək: "İnsandır"

Date: 18 November 2016 11:57

"Liverpul"un almaniyalı baş məşqçisi Yurgen Klopp səhərə qədər barda içki içərkən görüntülənən ingilis futbolçu Ueyn Runini müdafiə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, DÇ-2018 çərçivəsində Şotlandiyanı 3-0 məğlub etdikdən sonra qızlarla içərək səhərə kimi əylənən Runi şəkilləri mətbuatda yayıldıqdan sonra meneceri vasitəsilə üzr istəyib. Ardınca isə "Liverpul"un çalışdırıcısı futbolçunun tərəfini saxlayıb.

"Futbolçuları anlaya bilirəm. Çox pul qazanırlar və məşhur olsalar da, nəticədə onlar da insandır. Ancaq əmin olun ki, bu hücumçu futbol tarixinin ən professionallarından biridir. Əmin olun, hələ adlarını xatırladığımız o böyük əfsanələr də dəli kimi spirtli içki içir və ya siqaret çəkirdilər", - deyərək hadisənin normal olduğunu bildirib.

Milli.Az


Tags:  Kloppdan Runiyə dəstək İnsandır

RƏYLƏR


Top news