"Azərbaycan Dəmir Yolları" tender keçirir

"Azərbaycan Dəmir Yolları" tender keçirir
11:57 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti dəmir yolunun bütün sahələrində dəmir yolunun orta, qaldırıcı və cari təmir işlərinin aparılması ilə əlaqədar tender keçirir.
"Report" rəsmi mətbuata istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 300 manat təşkil edir. Tenderdə iştirak etmək istəyənlər əsas şərtlər toplusunu Bakı şəhəri, D.Əliyeva küçəsi,230 ("Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti) ünvanından əldə etmək olar.
İddiaçıların tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 7 dekabr saat 18:00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 15 dekabr saat 18:00-dək Departamentə təqdim etməlidirlər.
İddiaçıların təklifləri dekabrın 16-da (saat 11:00-da) qeyd edilən ünvanda açılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-demir-yollari-tender-kecirir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR