Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yevlax sakininin evindən üç cins iti və beş ev quşu oğurlanıb

Yevlax sakininin evindən üç cins iti və beş ev quşu oğurlanıb

Date: 18 November 2016 12:02

Bakı. 18 noyabr. REPORT.AZ/ Yevlax rayonunda oğurluq hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayon sakini Bəhruz Zalova məxsus təsərrüfatda qeydə alınıb. 
Belə ki, naməlum şəxs və ya şəxslər B.Zalova məxsus yardımçı təsərrüfatdan üç cins iti, beş ev quşunu və təmir-tikinti alətlərini oğurlayıblar.
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri - Rəşad Qasımov və Zaur Əliyev tutulublar. 
Faktla bağlı araşdırmalar davam etdirilir. 


Tags:  Yevlax sakininin evindən üç cins iti beş ev quşu oğurlanıb

RƏYLƏR


Top news