Bakı metrosunda növbəti TƏLAŞ: "Qatarı təcili tərk edin"

Bakı metrosunda növbəti TƏLAŞ: "Qatarı təcili tərk edin"
12:05 18 Noyabr 2016
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Metropolitenində növbəti dəfə ajiotaj yaranıb. Belə ki, Metropolitenin yaşıl xətti boyunca, "Həzi Aslanov" metro stansiyasından "Dərnəgül" stansiyasına doğru hərəkət edən qatarda ciddi nasazlıq yaranıb.

Milli.Az xalqxeber.az-a istinadən bildirir ki, qatar "Nəriman Nərimanov" stansiyasına çatmamış tuneldə dayanıb və sərnişinlərdən qatarın "Dərnəgül" stansiyasına getməsinə baxmayaraq "Nəriman Nərimanov" stansiyasında vaqonları tərk etmələri istənilib.

Tuneldə 15 dəqiqəyə yaxın qalan qatar "Nəriman Nərimanov" stansiyasında təcili şəkildə boşaldılıb və təmir üçün növbədənkənar "Bakmil" stansiyasına göndərilib. Qeyd edək ki, dərhal vaqonlardan düşürdülən sərnişinlər "Nəriman Nərimanov" stansiyasında təlaşlanıblar və yaranmış sərnişin sıxlığı bir neçə nəfərin halının pisləşməsinə səbəb olub.

Xatırladaq ki, 2 gün öncə də Bakı metrosunda analoji hal müşahidə edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR