Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vitse-prezident: "Bakıda qarşıya qoyulan məqsədlərə nail olundu" - FOTO

Vitse-prezident: "Bakıda qarşıya qoyulan məqsədlərə nail olundu" - FOTO

Date: 18 November 2016 12:05

"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası dünya mediası üçün ən mühüm hadisələrdən biridir".

Milli.Az bildrir ki, bunu Trend-ə Ərəb Xəbər Agentlikləri Federasiyasının vitse-prezidenti Mohannad Sulaiman Alnoaimi deyib.

O bildirib ki, bu tədbir çərçivəsində 100-dən artıq dünya xəbər agentlikləri bir araya gəlir, təcrübə mübadiləsi aparır, xəbər agentlikləri qarşısında duran çağırışları müzakirə edir: "Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edib və hesab edirəm ki, tədbirin keçirilməsində qarşıya qoyulan məqsədlərə nail olundu. İnanıram ki, Azərbaycan növbəti dövrdə təşkilata uğurla sədrlik edəcək".

Qonaq həmçinin Bakını çox bəyəndiyini deyib. O qeyd edib ki, Bakı hər il dəyişir və inkişaf edir:

"Bakı gözəl və müasir bir şəhərə çevrilib".

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edir. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Tədbirlərdə iştirak etmək üçün Azərbaycana Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az




Tags:  Vitse-prezident Bakıda qarşıya qoyulan məqsədlərə nail olundu FOTO

RƏYLƏR


Top news