Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan Kərimovun məzarını ziyarət etdi - FOTO

Ərdoğan Kərimovun məzarını ziyarət etdi - FOTO

Date: 18 November 2016 12:08

Özbəkistanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın mərhum prezidenti İslam Kərimovun məzarını ziyarət edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan ziyarəti Özbəkistanda prezidentin səlahiyyətlərinin icraçısı Şövkət Mirziyoyevlə birlikdə reallaşdırıb.

İki lider Kərimovun məzarına gül dəstəsi qoyub. Özbəkistan Müsəlmanları İdarəsinin başçısı Usmanhan Alimov və Səmərqənd müftisi Nuridinhan İslamov Qurani-Kərim oxuyub.

Daha sonra Rəcəb Tayyib Ərdoğan və Şövkət Mirziyoyev təkbətək görüş keçirib. Liderlər təkbətək görüşdən sonra heyətlərarası iş yeməyinə qatılıb. Mətbuata qapalı keçirilən görüş 2 saat 40 dəqiqə davam edib.

Ömər Dağlı






Tags:  Ərdoğan Kərimovun məzarını ziyarət etdi FOTO

RƏYLƏR


Top news