"Time" jurnalı bütün dövrlərin 100 ən təsirli şəklini təqdim edib

"Time" jurnalı bütün dövrlərin 100 ən təsirli şəklini təqdim edib
12:12 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ-da işıq üzü görən "Time" jurnalı "100 foto" layihəsini başlatdığını açıqlayıb.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, ilk olaraq jurnal öz tarixinin 100 ən təsirli fotosunu tərtib edib.
Məlumatda deyilir ki, jurnalistlər seçimlərini etmələri üçün tarixçilər və fotoredaktorlardan kömək istəyib.
Siyahıya daxil olan fotolardan ən qədimi 1826-cı ildə çəkilib. Bu həm də ilk foto sayılan Josef Nyepsin məşhur "Le Grada pəncərədən görünüş" şəklidir. Siyahıda yer alan ən "cavan" şəkil isə 2015-ci ildə çəkilib: fotoda miqrasiya zamanı həlak olan suriyalı uşaq Aylan Kurdi təsvir olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/time-jurnali-butun-dovrlerin-100-en-tesirli-seklini-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR